ABŞ-ın Çendudakı Baş Konsulluğu rəsmən bağlandı

ABŞ-ın Çendudakı Baş Konsulluğu rəsmən bağlandı

ABŞ-ın Çendudakı Baş Konsulluğu Çin tərəfinin tələbinə uyğun olaraq rəsmən bağlandığını elan edib.

Mediainfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, bundan sonra Çinin səlahiyyətli orqanlarının nümayəndələri konsulluğun ərazisinə əsas darvazadan daxil olub və onu öz yurisdiksiyalarına qəbul ediblər.
Xatırladaq ki, ABŞ-ın Çenduda Baş Konsulluğu 1985-ci ildə açılıb və ölkənin cənub-qərbinə, o cümlədən, Sıçuan, Yunnan, Quyçjou, Tibet Muxtar vilayətinə və mərkəzi Çunçin şəhərinə cavabdeh olub.
21 iyulda ABŞ Çindən Hyustondakı Baş Konsulluğun bağlanmasını tələb edib. Çin Xarici İşlər Nazirliyi bu qərarı siyasi təxribat adlandırıb və cavab tədbirləri görəcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus isə daha əvvəl bildirib ki, Vaşinqton amerikalıların əqli mülkiyyətini və şəxsi məlumatlarını qorumaq qərarını verdiyini üçün bu addımı atır.
İyulun 24-də Çin XİN ABŞ-ın Çendudakı Baş Konsulluğundan fəaliyyətini dayandırmasını tələb edib. Çin tərəfi qərarını qanuni və lazımlı cavab adlandırıb.
"Yaranan vəziyyətə görə məsuliyyət tamamilə Vaşinqtonun üzərinə düşür", - deyə Pekin bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az