7 dövlət Türkiyəyə 2 həftə vaxt verdi

7 dövlət Türkiyəyə 2 həftə vaxt verdi

Fransanın Korsika adasında Ankaraya qarşı bir araya gələn 7 dövlət Türkiyəyə iki həftə vaxt verib.

Mediainfo.az xəbər verir ki, dünən Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr Respublikasının anti-Türkiyə müzakirələrinin nəticələri məlum olub.

Yeddi dövlətin görüşünün nəticəsində açıqlanan bəyanatda Türkiyə ilə dialoq aparılması və irəliləyişlər əldə edilməyəcəyi təqdirdə Avropa Birliyinin əlavə tədbirlər siyahısı həyata keçirməyə hazır olduğu vurğulanıb.

Verilən açıqlamada Türkiyə tərəfindən suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək verildiyi ifadə edilib, 24-25 sentyabrda toplanacaq Avropa Birliyinin zirvə toplantısında Türkiyəyə qarşı müəyyən tədbirlərin görülə biləcəyi xatırladılıb.

Bəyan edilib ki, bu ayın sonunda keçiriləcək Avropa Birliyi liderlərinin zirvə görüşünə qədər Ankaranın regionda mavi qaz axtarışını başa çatdırması üçün vaxtı var.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az