Ankara Moskvanın “qırmızı xətti”ni tapdadı

Ankara Moskvanın “qırmızı xətti”ni tapdadı

Son günlər Türkiyədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Yəni bu bilinən bir xəbərdir. Lakin Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları dayandırmasının əsas səbəbi heç də bu deyil. Xüsusilə Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə səfərindən dərhal sonra rəsmi Moskvanın belə bir qərar verməsi bu addımın siyasi motivli olduğu ehtimallarını gücləndirir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Turab Rzayev Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları 15 apreldən 1 iyuna qədər dayandırması haqda danışarkən axar.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları dayandırması Ankaraya verilən mesajdır:

“Görünür, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Zelenskinin təklifi ilə “Krım platforması”na qoşulacağını bildirməsi Kremlin heç də ürəyincə olmayıb. Digər tərəfdən, ABŞ-ın Türkiyəyə təzyiqləri nəticəsində iki hərbi gəmi Ukraynaya yardım üçün Qara dənizə boğazlar vasitəsilə buraxıldı. Bununla da Ankara Kremlin “qırmızı xətti”ni tapdamış oldu.

Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları dayandırması nəticəsində 500 minə yaxın rus turist may ayı ərzində Türkiyəyə səfər edə bilməyəcək. Rus turistlər Türkiyəni sevirlər və bu ölkənin turizm sahəsi üçün önəmli gəlir mənbəyidir. Moskvanın belə bir qərar verməsinin təbii ki, Türkiyə turizm sahəsinə təsiri var. İlkin hesablamalara görə, bu qərarın Türkiyə iqtisadiyyatına vuracağı ümumi ziyan yarım milyard dollara yaxın olacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az