“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır”

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır”

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır. İşğal olunmuş ərazilərdən snayperlərlə atəş açılır”.

Mediainfo.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Krımda, Donbasda və Ukrayna-Rusiya sərhədinin müxtəlif istiqamətlərində qoşunların artdığını görürük. Onlar bunu “Qərb-2021” təliminə hazırlıqla əlaqələndirirlər. Ancaq hamımız başa düşürük ki, bu, siyasi, hərbi və psixoloji təzyiqdir. Niyə psixoloji? Çünki onlar bizi vururlar və cavab verməyimizi gözləyirlər. Üstəlik, Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər. Ancaq biz onlara bu fürsəti verməyəcəyik. Onların ritorikasını, Rusiya Prezidentinin ətrafındakı ritorikanı görürük. Bunu bizim üçün, Avropa üçün və həm də onun öz ölkəsi üçün çox təhlükəli hesab edirəm”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az