Bu gün parlamentin yaz sessiyasının sonuncu iclası keçiriləcək

Bu gün parlamentin yaz sessiyasının sonuncu iclası keçiriləcək

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Mediainfo.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az