AB-dən Trampa çağırış

AB-dən Trampa çağırış

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.

Mediainfo.az xəbər verir ki, Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, AB-nin rəhbərlik etdiyi Dünya Səhiyyə Assambleyasının koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:

"Qlobal təhdid qarşısında ortaq həll yolları tapılmalı və işbirliyini inkişaf etdirməliyik. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".

Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az