Zəngəzur: tarixi və siyasi əsaslandırılması - Xəritə

Zəngəzur: tarixi və siyasi əsaslandırılması - Xəritə

Zəngəzur dağ silsiləsindən onun qolları olaraq, Bərgüçad və Mehri silsilələri budaqlanır. Onların arasında isə Xustup-Qatar silsiləsi yer alıb. Beləliklə, geoloji baxımından Zəngəzur vahid bir dağ sistemidir və onun ümumi sahəsi təxminən 7 min kv/km təşkil edir. Bu nöqteyi-nəzərdən Zəngəzurun qərb hissəsi Naxçıvan MR-nın payına, şərq hissəsi isə Qubadlı və Zəngilan inzibati rayonlarına düşür. Yəni Zəngəzurun qərb və şərq hissələrı Azərbaycan Respublikasına aiddir. Daha böyük mərkəzi hissəsi isə Ermənistanın tərkibindədir.

Tarixi əsaslandırılması

Zəngəzur ərazi-inzibati vahidi qismində təxminən 56 il mövcud olub. 1873-cü ildə Yelizavetpol (Gəncə) quberniyasında təsis olunmuş qəza mərkəzi Gorus məntəqəsi idi. 1929-cu ildə ləğv edilib. Qəzanın əsas əhalisini azərbaycanlılar təşkil edirdi. 1918-1920-ci illərdə ADR tərkibində bir ərazi-inzibati vahid idi. Millətlər İttifaqının konfransında Zəngəzur Azərbaycanın tərkibindəki inzibati-ərazi bölgüsü kimi təsdiqləndi. 1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının “təhlükəsizlinin təminatçısı” olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla, Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi.

Siyasi əsaslandırılması

44 günlük müharibəsinin nəticələri regional siyasi mühitin yenidən müəyyənləşməsinə səbəb oldu. Bu nəticələrdən ən vaciblərindən biri Zəngəzur nəqliyyat dəhlizinin yaranmasıdır. Prezidenti cənab İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirdi: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.

Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bu da Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə siyasi-hüquqi cəhətdən legitimliliyi üçün əsasdır.

İlqar Vəlizadə, politoloq

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az