Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"

Lukaşenko: "Belarusda "Maydan" olmayacaq"

“Bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq”.

Mediainfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçik ilə görüşündə deyib.

“Dövlət təhlükəsizliyi təməldir. Dövlət Təhlükəsizlik Komitəsi də Prezidentlə birlikdə dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunmasında aparıcı rol oynayır. Burada əsən küləklərin hansı məqsədləri izlədiyini bilirik. Bu hədəflər bizə aydındır: prezident seçkiləri ərəfəsində və ya seçki günü "Maydan" təşkil etmək. Onlar bunu planlaşdırıblar. Bu iclasda sizi, bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq”, - deyə A. Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. Ölkənin Daxili İşlər nazirinin birinci müavini Gennadi Kazakeviç seçki ərəfəsində və siyasi kampaniya dövründə Belarusda vəziyyətin gərgin olduğunu, lakin nazirliyin təhlükəsizliyi təmin etmək üçün lazımi qüvvə və vasitələrə sahib olduğunu deyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az