Avropa İttifaqının prezidenti Azərbaycana gəlir

Avropa İttifaqının prezidenti Azərbaycana gəlir

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

Mediainfo.az xəbər verir ki, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

Şarl Mişelin iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşləri gözlənilir.

"İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - deyə Şarl Mişelin sözçüsü bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az