Bakı əleyhinə olan Milonova ermənilər milyonlarla dollar rüşvət veriblər

Bakı əleyhinə olan Milonova ermənilər milyonlarla dollar rüşvət veriblər

Məlum olduğu kimi, Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü Vitali Milonov Azərbaycan əleyhinə sərsəm və aqressiv fikirlər səsləndirib. Milonovun bütün sərhədləri aşan davranışlarına görə Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. O, Vitali Milonovla bağlı maraqlı faktları bölüşüb:

"V.Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir. Onların lobbiçiliyini etmək isə Milonova xeyli var-dövlət qazandırıb. Sankt-Peterburq məclisinin deputatı olduğu 4 il ərzində Milonov Peterburqun "Strelne" adlanan ərazisində 1 sotu həmin dövrdəki qiymətlərlə 17 min ABŞ dolları olan, ümumi dəyəri 187 min ABŞ dolları təşkil edən torpaq sahəsi alıb və qısa bir zaman ərzində bu ərazidə dəyəri 200 min ABŞ dollarından az olmayan villa inşa etdirib.

Ermənilər Milonovun Peterburq Dumasına gediş-gəlişini asanlaşdırmaq üçün ona əyalət deputatı olduğu dövrdə Dumanın lap yaxınlığında dəyəri 360 min ABŞ dolları olan mənzil də hədiyyə ediblər. 4 il ərzində Milonov özünə və xanımına ən son model BMV və "Ford Exploler" də alıb, xarici ölkələrdə, ən bahalı istirahət mərkəzlərində olub. Sankt-Peterburq deputatının aldığı əmək haqqının aylıq 1150 dollar təşkil etdiyini və Milonovun 4 il ərzində təxminən 55 min ABŞ dolları qazandığını nəzərə alsaq, deputatın erməni dostları tərəfindən necə böyük "sevgi" ilə əhatə olunduğunu görə bilərik".

Ekspert Vitali Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhran xarakterli və təhqiramiz fikirlər səsləndirməsinin sifariş olduğunu qeyd edib:

"Bunun daha çox şəxsi maraqlardan qaynaqlandığı qənaətindəyəm. Məqsəd milonovkimilərin təxribatlarına cavab olaraq Azərbaycanda Rusiya əleyhinə kəskin etirazlara nail olmaq, ictimai rəyi nifrət üzərində kökləmək və bundan erməni təbliğatında istifadə etməkdir".

Qeyd edək ki, bir qədər əvvəl Vitali Milonov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər edib. Buna görə onun Azərbaycana girişinə qadağa qoyulub.

Murad Şahməmmədov

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az