Tarixçi alim erməniləri ifşa etdi - Rusiya mənbələri bunu təsdiqləyir

Tarixçi alim erməniləri ifşa etdi - Rusiya mənbələri bunu təsdiqləyir

Şuşanın qədim Azərbaycan şəhəri olmasını hərtərəfli əsaslandırmağa ehtiyac yoxdur. Tariximizdə də, dünya ictimaiyyətinin əsas tarix nəzəriyyəsində də Şuşanın qədim Azərbaycan şəhəri olması təsbit olunub. Rusiya mənbələrində belə Şuşanın Qarabağ xanlığına, Azərbaycan türklərinə aid olması dəfələrlə öz əksini tapıb. Avropa və Amerikanın bəzi şəhərlərində Azərbaycan və türk xalqlarına qarşı anti-türk əhval-ruhiyyəsi ilə qarşılaşırıq. Təəssüflə qeyd etmək istərdim ki, bunu bəzi Qərb tarixçilərinin çıxışlarında da görə bilirik. Hər halda obyektiv olan tarixçi Şuşanın Azərbaycan şəhəri olmasını tarixi faktlar və sənədlərlə sübut edir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli publika.az-a açıqlamasında deyib. O qeyd edib ki, Şuşanın inkişaf etdirilməsi və abadlaşdırılması istiqamətində işlər sürətlə aparılmalıdır:

"Çünki ermənilər torpaq iddialarını anti-türk və anti-Azərbaycan dairələrindən alaraq irəli sürürlər. Ermənilərin təkcə Şuşa məsələsi ilə bağlı deyil, Azərbaycanın tamamilə nəzarətində olmayan ərazilərində də təxribatları davam edir. Ermənilər və onların arxasında dayanan havadarları Dağlıq Qarabağ məsələsində çox aktiv fəaliyyət göstərirlər. Bunların qarşısını almaq üçün tutarlı işlər görməliyik".

Alim vurğulayıb ki, Şuşanın alınması əməliyyatı həm orta məktəb, həm də ali məktəb dərsliklərinə salınmalıdır:

"Bütün proseslər gələnilki dərsliklərə salınmalıdır. Özəlliklə dünya ictimaiyyətini heyrətləndirən Şuşa əməliyyatı və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri tarix dərsliklərində ifadə olunmalıdır. Bununla bağlı filmlər çəkilməli və digər addımlar atılmalıdır. Azərbaycan əsgərinin Şuşada göstərdiyi qəhrəmanlığı yeni nəsilə çatdırmalı və elə formada təqdim etməliyik ki, milli ruh daha da güclənsin".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az