Təşəkkür edirəm, həkim qız

Təşəkkür edirəm, həkim qız
Oxucu məktubu


Salam hörmətli "Oxu məni" kollektivi. Mən oxu məninin hər buraxılışını oxusam da heç bir zaman sizlərə yazmamışam. Lakin hər zaman sizin ailənin bir üzvü olmuşam.

Lakin bu dəfə həm sevincimi sizlərlə bölüşmək istədim, həm də sizin vasitənizlə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli kollektivimiz mən də hər gənc qız kimi sevib ailə qurdum. Bu nikahdan övladımız dünyaya gəldi. Lakin övladımın vaxtından əvvəl doğulması sonradan onun sağlamlığında problemlər yaratmağa başladı. Belə ki, qızım anadangəlmə sümük boşluğu ilə doğulmuşdu. Bu həm bizim, həm onun sinir sisteminə bir başa təsir göstərirdi.

Artıq neçə müddətdir ki, qızımın sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, qızımın inkişaf etməsi, sağalması gecikirdi.

Azacıq bir ümid gördüyümdə sevincimdən nə edəcəyimi təsəvvür etmək yəqin ki, çətin olmaz. Ancaq həkimlərin bəzən səhv diaqnoz qoyması, güclü dərman preparatları yazması əks təsirlər də göstərirdi.

Elə bu fikirlərlə artıq qızımı qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımız olan "Müşfiq" uşaq bərpa mərkəzində bir həkimlə qarşılaşdıq. Gənc olmasına baxmayaraq, öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı mələyimiz oldu.

Ümidlərimin qismən puç olduğu vaxtda Günay həkimlə qarşılaşdıq. Mən deyərdim ki, bu Tanrının bizə töhfəsi, dualarımın qəbulu idi.

Günay həkim Nərgizimi sanki öz övladı kimi qəbul edib, bütün müayinələrinin dəqiq və qüsursuz aparılması üçün özü də bizimlə bütün ünvanlara gedir, həkimlərlə şəxsən söhbət edib, işin əslini araşdırırdı.

Nəhayət, uzun müddətdir gözlədiyimiz nəticəyə onun sayəsində qovuşurduq. Həm də çox sadə və yüngül tərkibli dərmanlarla.

Biz sizin vasitənizlə həkimimiz Cavadova Günay Mirhəsən qızına öz sonsuz təşəkkürümü bildiririk. Təşəkkür edirik həkim qız. Məhz onun sayəsində qızım sağlamlığına, biz xoşbəxtliyimizin tamamına qovuşuruq.

Hörmətli "Oxu Məni", mən hər bir kollektiv üzvünüzə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız.

Hörmətlə: Yeganə Roma cütlüyü


Hörmətli redaksiya heyəti məktubumu qəbul edib, işıqlandırsanız sevinərəm.



Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az