Xalq artistinin ölüm xəbəri yalan çıxdı

Xalq artistinin ölüm xəbəri yalan çıxdı

Caz ustadı, xalq artisti Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu haqda sosial şəbəkələrdə yer alan səyfələr paylaşımlar ediblər.

Məsələ ilə bağlı oxu.az xalq artisti C. Zeynallı ilə əlaqə yaradıb.

Cazmen haqqında yayılan xoşagəlməz xəbərin dezinformasiya olduğunu söylədi: "Dünən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub, deyir ki, Cavan müəllim hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu ucuz sensasiyadan başqa bir şey deyil. Bu biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdırlar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir. Belə şey etmək olmaz. Hamı narahatçılıq keçirir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az