Dərbənddə rekordlar kitabına düşən toy

Dərbənddə rekordlar kitabına düşən toy

Dərbənd şəhərindəki Narın Qala stadionunda təşkil olunmuş toy mərasimi iki kateqoriya üzrə - ən çoxmillətli və ən çox qonağın iştirak etdiyi mərasim kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Mediainfo.az xəbər verir ki, Dərbənd şəhər VADQ şöbəsinin müdiri Tatyana Marçenko mərasimdə 16 milləti təmsil edən 24 cütlüyün nikahının eyni gündə - 29 sentyabrda qeydə alındığını bildirib. O, həmçinin qyed edib ki, bu, vətəndaş qeydiyyatı idarələri tarixində ilk faktdır.

Mərasimdə 10 382 qonaq iştirak edib.

Rekordu mərasimdə iştirak edən Rusiya Rekordlar Kitabının baş redaktoru və təsisçisi, Ginnesin dünya rekordları üzrə nümayəndəsi Aleksey Svistunov qeydə alıb.

Bildirilir ki, kütləvi toy mərasimində ən gənc cütlük 19 yaşlı Aydınbəy Aydınbəyovla Kamilə Gözəlova olub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az