Azərbaycanlı müğənni evini qarət edən qızı bağışladı

Azərbaycanlı müğənni evini qarət edən qızı bağışladı

Müğənni Fuad Musayev bir neçə gün öncə evinin qarət olunmasında iştirak edən qonşu qızı Səbinə Atakişiyevanı bağışlayıb.

Mediainfo.az xəbər verir ki, o, bu barədə müğənni "Maşın" Şou-da açıqlama verib.

O qeyd edib ki, qızın anasının göz yaşlarına dözə bilməyərək qızı bağışlayır. Ona qarşı heç bir şikayəti olmadığını deyən Musayev, hüquq-mühafizə orqanı əməkdaşlarından onu həbs etməmələrini xahiş edib.

Xatırladaq ki, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev sentyabrın 27-də Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az