Mətanət İsgəndərlinin ailəsində qalmaqal davam edir

Mətanət İsgəndərlinin ailəsində qalmaqal  davam edir

Əməkdar artist Mətanət İsgəndərlinin ailəsində qalmaqal yaşanıb.

Oxuməni.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, müğənninin oğlu Kərim həyat yoldaşı Cananadan ayrılıb. Hazırda cütlük rəsmi boşanmasa da, ayrı evlərdə yaşayır. Canana əvvəldən yaşadıqları kirayə evdə, Kərim isə anasının yanında qalır.

Mübahisəyə səbəb də elə buradan başlayıb. Belə ki, Kərim və Canananın əvvəl yaşadıqları evin olduğu ərazi tikinti şirkətlərindən biri tərəfindən alınıb. Onlara veriləcək yeni mənzil hazır olana qədər cütlüyün yaşadığı evin kirayə haqqını şirkət ödəyib. Hazırda isə M.İsgəndərli şirkətdən pulu alaraq, onu kirayə tutulan evə vermək istəmir. İsgəndərli gəlininə əvvəlcə onun yanına köçməsini deyib, sonra isə imtina edib.

Canana hazırda uşaqları ilə birlikdə kirayədə tək yaşayır və maddi sıxıntıları var. Kərim təkcə kirayə pulunu yox, həyat yoldaşına heç bir maddi dəstək göstərmir. Əvvəl gözəllik salonu olan Canana hazırda oradan da gəlir əldə edə bilmir.

Qeyd edək ki, Kərim və Canananın 3 övladı var.

Mətanət İsgəndərlinin ailəsində qalmaqal  - Oğlu boşanıb, gəlini isə...

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az