Mətbuatın 145 illiyi münasibətilə poçt markası buraxılıb

Mətbuatın 145 illiyi münasibətilə poçt markası buraxılıb

Azərbaycan Prezidenti İlham Əliyev 30 iyun 2020-ci il tarixində “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Prezident Administrasiyası tərəfindən Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərmarka" MMC milli mətbuatın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.

Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. "Zəmi" üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.
Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
"Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5 000 ədəd tirajla Belarusun "Bobruisk Integrated Printing House" mətbəəsində çap olunub. Eyni zamanda, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az