KIV: Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

KIV: Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

Böyük Britaniya hipersəs silahlarla təchiz edilmiş yeni xüsusi təyinatlı briqada yaradır.

Mediainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu məqsədlə 6.6 milyard funt sterlinq vəsaitin xərclənəcəyi planlaşdırılır.

Britaniya mətbuatında dərc edilmiş məlumatlara görə, sözügedən qüvvələr krallıq ordusunun modernləşdirilməsi strategiyasının tərkib hissəsi olaraq reallaşdırılacaq.

Həmçinin, bildirilib ki, modernləşdirmə strategiyası çərçivəsində quru qoşunlarına əlavə 3 milyardlıq vəsait ayrılacaq. Ayrılan vəsait 4 alayı əhatə edəcək Xüsusi Əməliyyat Briqadasının yaradılmasına xərclənəcək.

Layihəyə uyğun olaraq, 10 minə yaxın hərbi qulluqçunun maaşında azalmalar müşahidə ediləcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az