İrəvana azərbaycanlıların getməsi... - Ermənistan MN

İrəvana azərbaycanlıların getməsi... - Ermənistan MN

Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun qayıtdığı təyyarə ilə Azərbaycan və Türkiyə nümayəndə heyətinin İrəvana getməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Mediainfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün bu barədə məlumatı “Hraparak” qəzeti yaymışdı. Qəzetin iddiasına görə, Azərbaycandakı erməni terrorçulardan bir neçəsini aparmaq üçün Bakıya gələn R.Muradov İrəvana heç də əliboş qayıtmayıb. Təyyarənin göyərtəsində Mehri dəhlizindəki son vəziyyətlə tanış olmaq üçün yerində araşdırma aparacaq Azərbaycan və Türkiyə nümayəndə heyəti gəlib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az