Maskasız, siqaretli taksi sürücülərini polis cərimələmir

Maskasız, siqaretli taksi sürücülərini polis cərimələmir

Bakıda taksi xidməti göstərən sürücülərin bir çoxu maskadan istifadə etmir, bəzi hallarda isə avtomobildə, sükan arxasında siqaret də çəkirlər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu, günümüz üşün çox ağrılı məsələdir. Məsələ ilə bağlı axar.az-ın əməkdaşı xəbər verir ki, taksi sürücüləri bu pozuntulara görə yol polisi əməkdaşlarının cərimə yazmadığını bildirirlər. Eyni zamanda, taksilərin böyük əksəriyyətində şəffaf arakəsmə olmur. Həmçinin taksi sürücüləri sərnişini ehtiyac olmadığı halda belə ön oturacaqda daşıyırlar.

Müşahidələrimiz də göstərdi ki, yol polisləri taksi sürücülərinin maska və siqaretlə bağlı tələbləri pozmasına, o cümlədən şəffaf arakəsmədən istifadə etməməsinə və sərnişinləri ön oturacaqda daşımasına laqeyd yanaşırlar.

Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov saytımıza açıqlamasında deyib ki, sərnişinlər taksi sürücülərinin qanun pozuntuları halları ilə qarşılaşdığı zaman polisə müraciət etsə, bu istiqamətdə təsirli tədbirlər görülər:

“Taksi sürücülərinin qanun pozuntuları ilə bağlı lazımı tədbirlər görülür. Hətta ötəngünkü statistikaya əsasən, 200-ə yaxın taksi sürücüsü qanun pozuntusu üzündən cərimələnib.

Maskadan istifadə etməyən taksi sürücüsü görən vətəndaşlar dərhal bizimlə əlaqə saxlasınlar. Bəzi taksilərdə ara məsafəni qorumaq üçün şəffaf arakəsmələr də mövcud deyil. Bu tələbi yerinə yetirməyən taksi sürücüləri aşkarlandıqca inzibati tənbeh tədbirləri həyata keçirilir”.

Polkovnik bildirib ki, karantin qaydalarının qorunmasında vətəndaşların dəstəyinə ehtiyac var:

“Əgər taksi sifariş edən şəxs arakəsmənin olmadığını görərsə, dərhal bizimlə əlaqə saxlasın. Bu gün sükan arxasında oturan hər kəs qoruyucu vasitələrdən istifadə etməklə, öz sağlamlığı ilə yanaşı digər insanların sağlamlığını da qorumalıdır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az