20 Yanvar dairəsi bağlandı

20 Yanvar dairəsi bağlandı

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Mediainfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin struktur qurumlarının xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti dəyişdirilib. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az