“Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaq”

“Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza Müzəffər Ali Baş Komandan kimi hər səfəri, bərpa, yenidənqurma tədbirlərində iştirakı hər bir vətəndaşımızı olduqca sevindirir və fərəhləndirir. Bu, həm də onu göstərir ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə, əzminə malikdir”.

Mediainfo.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib. Çingiz Qənizadə bildirib ki, görülən işlər Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərin çox qısa bir zamanda reallaşdığını sübut edir. Şuşanın baş planı əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulması o deməkdir ki, Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaqlar və orada əbədi yaşayacaqlar.

Çingiz Qənizadə qeyd edib ki, budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç sübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir.

Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin ədalətin bərpası ilə bağlı fikirlərinə də diqqəti cəlb edib: “...Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

Bəli, ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Azərbaycan Prezidenti məhz öz fədakarlığı ilə tarixi ədalət bərpa etdi, 44 günlük müharibədə qazandığımız möhtəşəm Zəfərlə torpaqlarımızın işğalına son qoydu.

Çingiz Qənizadə vurğulayıb ki, müharibədən sonra dövlətimizin başçısının birbaşa nəzarəti ilə Qarabağda aparılan tikinti-quruculuq işləri göz önündədir. Bütün bu işlər Prezidentimizin möhkəm qətiyyəti, əzmi, dövlətimizin gücü, qüdrəti sayəsində görülür. Bu işlər Azərbaycan Prezidentinin Qarabağı əsl cənnətə çevirəcəyi ilə bağlı xalqımızın əminliyini daha da möhkəmləndirir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az