Bu qidaları qədərindən artıq yesəniz – Zərərli olacaq 5 sağlam qida

Bu qidaları qədərindən artıq yesəniz – Zərərli olacaq 5 sağlam qida

Meyvə və tərəvəzlər nə qədər sağlam olsa da, qədərindən artıq istehlak edildikdə zərərli ola bilər. Gündəlik həyatımızda faydalı olduğunu zənn etdiyimiz üçün meyvə-tərəvəzin şəkər və ya natrium qədər zərərli ola biləcəyini anlamadan çox yemək tələsinə düşürük.

Mediainfo.az çox istehak edildiyi zaman zərəri faydasından çox olan 5 qidanı təqdim edir.

Brokoli - tiroid hormonlarının həddindən artıq istehsalına səbəb olan tiosiyanatlar ehtiva edir. Həddindən artıq brokoli yedikdə saç tökülməsi, üz şişməsi və digər nəticələrlə qarşılaşa bilərsiniz. Brokoli burun tıkanıklığı, dəri səpgiləri və ya qaşınma kimi allergiyalara səbəb ola bilər.

Banan - çoxlu banan yemək dişlərin çürüməsinə səbəb ola bilər. Şəkər kimi bu meyvə də diş minasına zərər verən bakteriyaların çoxalmasına səbəb ola bilər. Yetişmiş bananlar miqrenlərə səbəb ola biləcək tiraminlə zəngindir. Buna görə də həddindən artıq istehlak etsəniz, baş ağrılarınız çoxala bilər. Gündə 2 ədəddən artıq banan yemək olmaz.

Yulaf - həddindən artıq istehlak edildikdə kalsium, maqnezium və sinkin qəbulunu məhdudlaşdırır. Bu da şişkinlik və bağırsaq problemlərinə səbəb ola bilər.

Pendir – çox miqdarda istehlak edildikdə ürək xəstəliyi riskini artırır. Belə qidaların tərkibində ürəyin xəstəliyinə səbəb olan doymuş yağlar var.

Düyü - dadlı olsa da, əslində çox az vitamin ehtiva edir. Əgər çox düyü yeyirsinizsə, özünüzü bütün digər vitaminlərdən məhrum etmiş olursunuz. Üstəlik, düyü insulin səviyyəsini də yüksəldir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az