Ərdoğan niyə bütün seçkilərdə qalib gəlir? – Fransız nəşrindən şok iddia

Ərdoğan niyə bütün seçkilərdə qalib gəlir? – Fransız nəşrindən şok iddia

Fransanın qəzetlərindən biri “Le Monde” qəzeti Türkiyə ilə bağlı 100 səhifəlik nəşr yayımlayıb.

Mediainfo.az xəbər verir ki, Türkiyənin son 20 ildəki siyasəti, iqtisadiyyatı və xarici siyasətini təhlil edən ekspertlərin fikirlərinin yer aldığı 100 səhifəlik nəşr 8.90 avroya satılıb.

Təhlildə Türkiyənin əhalisi, iqtisadi dinamizmi və regional güc olaraq həm valehedici, həm də narahatedici olduğu bildirilib:

“Gözlənilməz Türkiyə: coğrafi mövqeyi, demoqrafik ağırlığı (83 milyon əhali) və iqtisadi dinamizmi ilə qonşumuz Türkiyə bizi həm valeh, həm də narahat edir”.

Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın 19 illik hakimiyyəti dövründə köklü transformasiyadan keçdiyini yazan “Le Monde” ölkə liderini “iqtisadi möcüzə göstərən adam” adlandırılıb.

Türkiyənin Suriya, Liviya, Şimali İraq və Cənubi Qafqaza uzanan hərbi nüfuzuna toxunan “Le Monde” bu genişlənmənin ənənəvi müttəfiqləri olan Avropa və ABŞ-ı qəzəbləndirdiyinə diqqət çəkib.

Fransız nəşri islahatçı Ərdoğanın Avropa Birliyi (AB) ilə bağlı mövqeyinə də toxunub və AKP dövründə baş verən transformasiyaya münasibət bildirib.

“Le Monde” Türkiyənin infrastruktur və səhiyyə sistemini yüksək qiymətləndirərək, ümumi daxili məhsulun (ÜDM) üç dəfə artdığını yazıb. Məhz bu səbəbdən Ərdoğanın 2002-ci ildən bəri bütün seçkiləri qazandığı vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin G20-yə daxil olmasına şərait yaradan Ərdoğan son illər pilotsuz təyyarə diplomatiyası ilə məşğuldur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az