Sabah Bakıya yağış və sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağacaq

Sabah Bakıya yağış və sulu qar,  dağlıq və dağətəyi rayonlara qar yağacaq

Sabahın hava proqnozu açıqlanıb.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az