Bakıda hava bu gün mülayimləşəcək

Bakıda hava bu gün mülayimləşəcək

Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək.

Mediainfo.az xəbər verir ki, bu sözləri Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur:

“Martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az