Ramos: “6 dünya çempionatında oynamış yeganə futbolçu olacağam”

Ramos: “6 dünya çempionatında oynamış yeganə futbolçu olacağam”

Əkdiyim çoxsaylı toxumların məhsulunu yığıram. 34 yaşında özümü 28 yaşındakı kimi, güclü hiss edirəm”.

Mediainafo.az-ın yerli mətbuata istinadən məlumatına görə, bunu İspaniya millisinin futbolçusu Serxio Ramos deyib.

“Real”ın kapitanı olan veteran müdafiəçi gələcək karyerası barədə fikirlərini bölüşüb: “Yəqin ki, karyeramı fiziki yox, psixoloji problem üzündən bitirəcəyəm. Öz sağlamlıq və formama nəzarət edirəm. 2026-cı ildə Meksika, Kanada və ABŞ-da təşkil olunacaq dünya çempionatında da oynaya bilərəm. Onda mən 6 dünya çempionatında oynamış yeganə futbolçu olacağam. İndi 35 yaşından yuxarı olan daha çox yüksək səviyyəli futbolçu var”.

Qeyd edək ki, Ramos 2005-ci ildən çağırıldığı yığma ilə dünya (2010) və iki dəfə Avropa (2008, 2012) çempionu olub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az