Şeyx Mənsur və Abramoviçin finalı - iki oliqarx bu gecə nə qədər xərcləyəcək?

Şeyx Mənsur və Abramoviçin finalı - iki oliqarx bu gecə nə qədər xərcləyəcək?

İndiyədək “Çelsi”yə 3 milyard funt-sterlinqdən çox para xərcləyən Abramoviçin klubu son illər zəif çıxış edir; Şeyx Mənsur isə final ərəfəsi də pul xərcləməyə xəsislik etməyib- Portuqaliyaya gedən 6000 min “Mançestr Siti”azarkeşinin bütün xərclərini üzərinə götürüb...

Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Musavat.com yazır ki, əvvəl özümüzdən başlayaq. İyunun 10-da ötən ildən təxirə salınmış Avropa çempionatı həyəcanı başlayır. Püşk bizim üzümüzə gülüb, özümüzü 2 oyunda(4 oyun Bakıda olacaq) təkcə çempionatın təşkilatçılarından olan ev sahibi kimi, həm də iştirakçı kimi hiss edə biləcəyik. Səbəb məlumdur: qardaş Türkiyə qrupdakı iki oyunu Bakı Olimpiya stadionunda keçirəcək. A qrupunda yer alan Türkiyə millisi 17 iyunda Uelslə qarşılaşacaq. İyunun 21-də isə Türkiyəni İsveçrə millisi ilə sınaq gözləyir. Milli komandanın baş məşqçisi Şenol Günəş bugünlərdə Bakıdakı oyunlarda azarkeş dəstəyi istəyib ki, zənnimcə, bu çağırışa xüsusi ehtiyac da yoxdur. Türkiyə bizim də milli komandadır və zatən, Bakıda oynamasaydılar belə, dəstəyimiz də, dualarımız da yenə qardaşlarımız üçün olacaqdı. Ehtimalıma görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da millinin Bakıdakı ilk oyununda iştirak edə bilər. 15 iyunda Azərbaycana gəlir, Şuşa səfərindən sonra könül xoşluğu ilə Bakıda Türkiyə millisinin oyuna baxmaqdan zövqlü nə ola bilər ki? İnşallah, belə də olar, gümanımız bizi yanıltmaz.


Rəcəb Tayyib Ərdoğan 15 iyunda Azərbaycana gəlir, Şuşa səfərindən sonra könül xoşluğu ilə Bakıda Türkiyə millisinin oyuna baxmaqdan zövqlü nə ola bilər ki?



Bu qardaşlığımızın daha bir nümunəsi olar. Türkiyə sözsüz ki, burada özünü ev sahibi hesab edəcək və bəribaşdan “ay-ulduzlu” milliyə uğur arzulayırıq. Ümid edək ki, nə vaxtsa Türkiyənin ev sahibliyi etdiyi çempionatların birində Azərbaycan millisi də bütün türk dünyasının üzünü güldürər...

Bu gün isə İstanbulda Çempionlar Liqasının finalı keçirilməli idi. İngilis finalı-"Çelsi" və "Mançestr Siti" klublarının qarşılaşması pandemiya səbəbindən ünvanını Lissabano dəyişdi. Bunu başa düşmək olar,hərçənd ki, rəsmi Ankara bunu siyasi səbəbləri olduğuna da işarə edib. Nə isə, bu artıq keçmişdi, real olan bu gün Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyidir ki, burada da maraqlı intriqalar var. Həm də ikisinin də ingilis klubu olması səbəbindən deyil...

İntriqanı artıran hər iki klubun sahibinin əcnəbi milyarder olmasıdır. Əgər “Çelsi” rusiyalı milyarder Roman Abramoviçin pulları ilə meydana çıxırsa, “Mançestr Siti” ərəb şeyxi Mənsur bin Zayed Əl Nahanyanın klubu almasından sonra adını bu cür yüksək zirvələrə yazdıra bilib. Mənsur bin Zayed ərəb şeyxlərindən və digər plutokratlardan fərqlənməmək üçün “Mançestr Siti”ni öz “əmlakı” sırasına daxil edib.

Əvvəl ərəb oliqarx Abramoviçin acığına rekord məbləğdə transferlər gerçəkləşdirdi. Robinyo üçün rekord 43 milyon avro, David Silva və Samir Nasri üçün 53 milyon...Serxio Aquero və Edin Dzeko üçün 62 milyon funt! Problem yoxdur. Bunun nəticəsində “şəhərlilər” 44 il sonra Mançininin rəhbərliyi altında İngiltərə çempionluğunu bayram etdilər. Amma ərəb oliqarxı tezliklə başa düşdü ki, pul hər şeyi həll etmir, burada həm də ağıllı strategiya lazımdır. Bu işdə isə ona sağ əli- Xaldun Əl Mübarək kömək etdi. O, Barselonadan təcrübəli menecerləri klubun rəhbər vəzifələrinə dəvət etdi və köhnə dostu Pep Qvardiolanı da baş məşqçi olmağa razı saldı.Onun rəhbərliyi altında klub üç dəfə İngiltərə çempionluğunu bayram etdi, yeddi fərqli İngiltərə kubokunu qazandı və nəhayət, dünyanın futbol elitasına daxil oldu.


İndiyədək “Çelsi”yə 3 milyard funt-sterlinqdən çox para xərcləyən Abramoviçin klubu isə son illər zəif çıxış edir. Bəli, Abramoviçin rəhbərliyi illərində klub 99 illik tarixi ərzindən daha çox- 18 fərqli kubok qazanıb. 2012-ci ildə Çempionlar Liqasının qalibi olub. Amma Abramoviçin “Çelsi”sində indi stabil rəhbərlik yoxdur, məşqçilər tez-tez dəyişir. Yanvar ayında kluba alman(bavariyalı) baş məşqçi Tomas Tuxel gətirilib. “PSJ”də uğurlu baş məşqçi olan Tuxel fransız klubunu ötən mövsüm Çempionlar Liqasının finalınadək gətirə bildi.(Finalda “PSJ” Tuxelin yerlilərinə -“Bavariya”ya minimal hesabla uduzdu) Tuxel ardıcıl olaraq iki ildir iki müxtəlif klubu Çempionlar Liqasının finalına çıxarmağı bacaran ilk məşqçi kimi tarixə düşdü.
Qvardiola isə son dəfə qitənin ən titullu kubokunu “Barcelona” ilə bayram edib. Buna baxmayaraq, praqmatik bukmekerlər bu günkü qarşılaşmada "Mansiti"ni favorit adlandırırlar.
Şeyx Mənsur final ərəfəsi də pul xərcləməyə xəsislik etməyib. Portuqaliyaya gedəcək 6000 min azarkeşin bütün xərclərini üzərinə götürüb. Abramoviç isə azrkeşləri üçün əlinin cibinə salmayıb. Əgər kuboku qazanarsa, yaxtasında möhtəşəm bir qonaqlıq verəcəyinə söz verib. Söz ayrı, əməl ayrı...

Axşamı gözləyək...

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az