AVRO-2020: Portqaliyadan darmadağın, Ronaldu tarixə düşdü

AVRO-2020: Portqaliyadan darmadağın, Ronaldu tarixə düşdü

Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mediainfo.az xəbər verir ki, matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştianu Ronaldu rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni də Ronaldu qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb. Beləliklə, bu görüşdə dubl edən hücumçu 11 qolla turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AVRO-1984-də vurub.

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az