Danimarkadan Bakıya 800 azarkeş gələcək

Danimarkadan Bakıya 800 azarkeş gələcək

Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı müəyyənləşib.

Mediainfo.az xəbər verir ki, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb. DBU-nun koordinatoru Anders Hagen bu sayın artacağını da istisna etməyib. Federasiya rəsmisi qarşılaşmaya böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı isə iyunun 28-dən başlayıb.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az