Rusiyalı karateçi koronavirusa yoluxduğu üçün Tokio-2020-dən kənarlaşdırılıb

Rusiyalı karateçi koronavirusa yoluxduğu üçün Tokio-2020-dən kənarlaşdırılıb

Rusiyalı qadın karateçi Anna Çernışeva Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Mediainfo.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançının koronavirus testi müsbət çıxıb.

Çernışeva bu səbəbdən olimpiada ilə vidalaşmalı olub.

Azərbaycanı bu növdə İrina Zaretska təmsil edəcək. 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı avqustun 7-də yarışda çıxış edəcək.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az