"Formula 1": İlk 8 Qran-prinin təqvimi açıqlandı

"Formula 1": İlk 8 Qran-prinin təqvimi açıqlandı

"Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb.

Mediainfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.

Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

Azərbaycan Qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib.

"Formula 1"lə yanaşı, "Formula 2" və "Formula 3" yarışları da təşkil olunacaq.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az