Xose Kalyexon La Liqada oynayacaq

Xose Kalyexon  La Liqada oynayacaq

"Napoli"nin hücumçusu Xose Kalyexon rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Mediainfo.az-ın məlumatına görə, son danışıq mənfi nəticələnincə ulduz futbolçu digər varianta üstünlük verib.

33 yaşlı ispaniyalı ölkəsinə qayıtmaq qərarına gəlib. "Valensiya" ilə ilkin danışıq artıq uğurlu alınıb və "yarasalar"ın 2 illik müqavilə təklifini Kalyexon qəbul edib. Keçid rəsmiləşərsə, oyunçunun yeni komandasında illik maaşı 3,5 milyon avro olacaq. Neapollularla müqavilə müddəti bu ayın sonu başa çatacaq futbolçu La Liqa təmsilçisinə havayı başa gələcək.

Qeyd edək ki, Xose Kalyexon bu mövsüm 32 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az