AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı

AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı

AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salınıb.

Bu barədə Mediainfo.az-a Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

O bildirib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidir: "Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".

Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az