"Real Madrid"in futbolçusu "Mançester Yunayted"ə keçir - RƏSMİ

"Real Madrid"in futbolçusu "Mançester Yunayted"ə keçir - RƏSMİ

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya "Real Madrid"i ilə futbolçu Kazemironun transferinə dair razılıq əldə etdiyini açıqlayıb.

Mediainfo.az xəbər verir ki, artıq braziliyalı yarımmüdafiəçinin keçidi onun müqavilə şərtləri, tibbi baxış və vizasını rəsmiləşdirməsindən asılıdır. 30 yaşlı oyunçu üçün "kral klubu" 60 milyon avro alacaq. Daha 10 milyon avro isə bonis kimi ödənilə bilər.

Braziliya "San Paulu"sunun yetirməsi olan futbolçu "Real Madrid"ə 2013-cü ildə keçib. O, hazırkı komandasında 336 oyuna 31 qol və 29 məhsuldar ötürmə müəllifi, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya La Liqasının və eyni sayda klublararası dünya çempionatının qalibi olub.

Kazemiro 2011-ci ildən çıxış etdiyi Braziliya millisində isə 2019-cu il Amerika Kubokunun qalibi adını qazanıb və 2018-ci il dünya çempionatında iştirak edib. "Sambaçı" yığmada 63 matçda 5 qol vurub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az