Yüngül atletika üzrə Avropa Çempionatı ləğv olunub

Yüngül atletika üzrə Avropa Çempionatı ləğv olunub

Yüngül atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası səbəbilə ləğv olunub.

Mediainfo.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropanın Yüngül Atletika Assosiyasının vitse-prezidenti Dobromir Karamarinov deyib.

Vitse-prezidenti bildirib: "Təəssüf hissi ilə Parisdə Avropa çempionatının ləğv olunduğunu bildirmək məcburiyyətindəyik. Biz ümid edirdik ki, bu çətin ildə idmançıların böyük bir yarışda iştirak etmək imkanı olacaq".

Yarışın təşkilat komitəsinin rəhbəri Jan Qarsiya isə vurğulayıb ki, turniri keçirmək istəyinə baxmayaraq, insanları əlavə riskə atmağın mənası yoxdur.

Qeyd edək ki, yüngül atletika üzrə Avropa Çempionatı 26-30 avqustda Parisdə keçirilməli idi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az