Mesut Özil oruc tutanlara 80 000 funt sterlinq məbləğində yardım edib

Mesut Özil oruc tutanlara 80 000 funt sterlinq məbləğində yardım edib

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq məbləğində yardım edib.

Vəsait koronavirus pandemiyası şəraitində oruc tutan şəxslərə dəstək üçün xərclənəcək.

Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 000 insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dərmanla təmin edəcək.

Qeyd edək ki, Mesut Özil "Arsenal"ın ən yüksək ödənişli futbolçularındandır. Daha əvvəl Britaniya mətbuatı Özilin pandemiya müddətində əmək haqqının azaldılmasına etiraz edən 3 futbolçudan biri olduğunu yazıb. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi daim xeyriyyəçiliklə məşğul olur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az