Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

"Formula 1" rəhbərliyi 2021-ci il mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə "Formule1" nəşrinini yaydığı məlumatda deyilir. Nəşrin etibarlı mənbələrə istinadən yazdığına görə, Monako, Azərbaycan və Kanada Qran-prilərinin ləğv edilmə ehtimalı var. Səbəb koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsidir. Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir. Ləğv olunacağı təqdirdə, onlar Türkiyə, İtaliya (Mucello) və Almaniyadakı (Nyurburqrinq) yarışlarla əvəz edilə bilər. Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.

Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu bildirib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az