Milli şou biznesdə yeniliklər

Qısa-qısa xəbərlər

Adətən dünyada baş verən hadisələr barədə qısa xəbərlər təqdim edirdik. Bu dəfə fərqlilik olsun deyə, yerli şou biznesdə baş verən son hadisələri sizlərə təqdim edirik.

Çoxdandır efirlərdə görünməyən "Yeni ulduz -4" yarışmasının iştirakçısı Aysel Əlizadə yeni kliplə efirlərə qayıdacaq.

Müğənni Yaşarın Rəqsanənin prodüseri Təranə barədə verdiyi açıqlamaya prodüser özünəməxsus tərzdə cavab verdi: "Heç nə deməyəcəm. Hər nə deyibsə, Allah canını sağ eləsin."

Uşaq evlərinin balaca sakinləri arasında keçirilən "Sən nəğməni söylə" yarışmasının finalı qeyri-müəyyən vaxta təxirə salındı. Xatırladaq ki, final H.Əliyev sarayında Natəvan Həbibinin iştirakı ilə baş tutmalı idi.

"Azəristar" və "Popstarın" iştirakçısı Ülviyyə Tağıyeva efirlərdə az görünməyinin səbəbini maddi problemləri ilə bağladı. Müğənni, "mən öz qazancımla az-az nə isə edə bilirəm", - deyə oxumeni.az-a məlumat verdi.

Şou biznesin şoru çıxıb.  Qatığı, qaymağı da öz yerində...

Günel Əliqızı

O.M.  



Oxşar xəbərlər
Çox oxunan xəbərlər
Son xəbərlər

26.11.2014

25.11.2014

Müsahibələr
Arxiv
Noyabr 2014
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30













free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2013 (c) Mediainfo.az | Rss | E-mail: info@mediainfo.az
Created by NetService.az