İranı kütləvi aksiyalar bürüdü: ölənlər var - Video

İranın Fars əyalətinin Kazerun şəhərində rejimin yeni ərazi bölgüsü siyasətinə qarşı keçirilən dinc etirazlara hüquq-mühafizə orqanları və mülki geyimli təhlükəsizlik qüvvələri müdaxilə edib.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, dinc etirazlara onminlərlə insanın qatıldığı bildirilir.

Etirazçıların İnqilab və Həmidi küçələrində sivil şəkildə keçirdiyi yürüşün polis və təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalmasından sonra aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə polisin açdığı atəş nəticəsində 3 etirazçı həlak olub, onlarla insan yaralanıb, 100-dən çox aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

Etirazçılar bir polis məntəqəsini və bir polis avtomobilini yandırıblar.

Hazırda Kazerunda vəziyyətin çox gərgin olduğu, şəhərin əsas küçə və meydanlarının polis nəzarətinə götürüldüyü və ətraf şəhərlərdən Kazeruna əlavə polis qüvvələrinin gətirildiyi deyilir.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2018

25.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az