Britaniya ABŞ-ın qərarını tanımadı – Qüdsə dəstək

London ABŞ səfirliyinin köçürülməsi qərarını tanımır.

Bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı deyib.

Britaniyanın baş diplomatı Qəzzada öldürülən fələstinlilərin ailələrinə başsağlığı verib və Londonun Yaxın Şərqdə sülhün təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Fələstin lideri Mahmud Abbas da öz növbəsində Britaniyanın mövqeyinə görə Consona təşəkkür edib, Fələstinin sülh prosesi naminə beynəlxalq hüquqa uyğun şəkildə çıxış etdiyini bildirib. O, sülh üçün beynəlxalq mexanizm yaradılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürüb. Qəzza zolağında səfirliyin köçürülməsinə qarşı kütləvi etirazlar zamanı 2700-dən çox insan yaralanıb, 61 nəfər həlak olub.Axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az