Rusiyada azərbaycanlı musiqiçi saxlanıldı

Sank-Peterburqda yaşayan azərbaycanlı musiqiçi Ruslan Danilevski polis tərəfindən saxlanılıb.
 
 
 Mediainfo.az  Qafqazinfo -ya istinadən xəbər verir ki, bu barədə musiqiçinin dostu Elena Genova məlumat verib.
 
 
Onun sözlərinə görə, səhər 06:00 radələrində Danilevski çöldə olarkən polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməsini istəyiblər. Lakin, Ruslanın sənədləri olmadığı üçün o, polis bölməsinə aparılıb.
 
 
Danilevskinin Azərbaycana deportasiya ediləcəyi bildirilir.
 
 
Məlumata görə, o, uşaq yaşlarında anası ilə birlikdə Rusiyaya köçüb və geridə qalan illər ərzində ona sənəd düzəldilməyib. Danilevskinin bu yaxınlarda pasport almaq üçün səfirliyə müraciət etdiyi və sənədlərin hazırlanma mərhələsində olduğu məlum olub.
 
 
Qeyd edək ki, musiqiçinin cümə günü planlaşdırılan konserti təxirə salınıb.
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az