ATƏT-dən Bakıya qarşı gülünc layihə

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roger Viker ABŞ Konqresinə təqdim etdiyi layihədə Donald Trampa Türkiyənin də aralarında olduğu bəzi ölkələrə qarşı sanksiya tətbiq etməyi təklif edib. Türkiyə ilə yanaşı Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ukraynadakı separatçı rus qüvvələrini də əhatə edən layihədə adı çəkilən ölkələrin dini azadlıqlara hörmət etmədikləri iddia olunub.

Millət vəkili Fazil Mustafa isə Axar.az-a açıqlamasında Azərbaycanda dini azadlıqlarla bağlı heç bir problemin olmadığını, əksinə istənilən dinin ölkəmizdə normal fəaliyyət göstərə bildiyini deyib.

“Azərbaycanda nəinki dini azadlığa, hətta dini cəhalətə də hörmət edirlər. Hətta bəzi hallarda Azərbaycanda digər dinlər islam dinindən daha üstün mövqedə götürülür. Ölkəmizdə heç bir halda dini diskriminasiyadan söhbət gedə bilməz. Məlum məsələdir ki, sözügedən layihə məqsədyönlü xarakter daşıyır və hansısa bir inaddan dolayı Azərbaycana qarşı problem yaratmaq məqsədi ilə atılan bir addımdır. Həmin layihəni ciddi qəbul etmirəm. Hesab edirəm ki, cəmiyyət bu kimi məsələlərdə hər şeyi çox yaxşı görür. Azərbaycanda dini sferada hər hansı bir məhdudlaşdırıcı addımlardan söhbət belə gedə bilməz. Ümumiyyətlə, Azərbaycana qarşı atılan bu qərəzli addım inandırıcı deyil”.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az