Maduroya qarşı silahlı qiyam hazırlanır

Venesuela prezidenti Nikolas Maduro qonşu Kolumbiyanı sərhəd ərazilərdə vəziyyəti gərginləşdirmək məqsədilə ölkə ərazisinə silahlı qruplar göndərməkdə ittimam edib.
Bu barədə "AVN" agentliyi məlumat yayıb.

“Bizim ərazidə, əziz torpaqlarımızda yaşayan Venesuela əhalisinə zərər vurmaq və təxribatlar həyata keçirmək üçün silahlı qruplar sərhəddən keçərək ölkəyə daxil olurlar. Bu planların arxasında Kolumbiya oliqarxları və ABŞ hökuməti dayanır”, – deyə "AVN" Madurodan sitat gətirib.

Venesuela prezidenti həmçinin, silahlı qüvvələri ölkədə sülhü təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün hazır olmağa çağırıb.

Qeyd edək ki, “Associated Press” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, ötən il Karakasa qarşı sanksiyaların tətbiqi ilə bağlı görüşdə prezident Donald Tramp öz köməkçisindən Venesuelaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı maraqlanıb. Maduro bildirib ki, yayılan xəbərlər və ABŞ müdaxiləsinin mümkünlüyünə dair iddiaları heç də təsadüfi deyil. Onun fikrincə, Venesuela müxalifətinin Ağ Evə səfərindən sonra Tramp müdaxilə barədə danışmağa başlayıb. Məqsəd Venesuelanın neft ehtiyatlarını ələ keçirməkdir.Azvision.az
Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az