“Gürcüstan rəhbərliyinin Azərbaycana qarşı neqativləşdiyini gizlətmək mümkün deyil”

“İvanişvilinin Gürcüstan idarəçiliyində rolunun artması ilə rəsmi Tbilisinin Azərbaycana qarşı siyasətində neqativliyin artması düz mütənasibdir. Kvirikaşvilinin Ermənistanda son hakimiyyət dəyişiklikləri dövründə Ermənistan istiqamətindəki siyasətində ermənipərəstlik meyli də İvanişvilinin rolunun artması ilə düz mütənasibdir. İvanişvilinin diktəsi ilə rəsmi Tbilisinin Azərbaycana neqativ siyasəti epizodik deyil. Gürcüstanın Azərbaycana neqativ siyasəti ermənipərəst mahiyyətlidir”. 

Azadinform xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq deyib ki, Gürcüstan prezidentinin Türkiyədə TANAP-ın açılışında iştirakdan son anda imtinası Gürcüstanın siyasətinin təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı neqativ xarakter aldığını göstərir: “Yaxın gələcəkdə Gürcüstanın regional layihələrdə iştirakı ilə bağlı fərqli mövqe ortalığa qoya bilər. Gürcüstanın Azərbaycan siyasətinin mahiyyətində jurnalist Əfqan Muxtarlı hadisəsini ciddi faktor hesab etmək düzgün deyil. Gürcüstanda demokratiya və mətbuat azadlığı sahəsində Muxtarlı insidentindən qat-qat təhlükəli hadisələr baş verib. İvanişvili üçün demokratiya yad məsələdir. Tbilisinin Azərbaycana qarşı neqativ siyasət aparmasını daha çox iki faktorla əlaqələndiririk. Birincisi, kölgədə yatan İvanişvili ilə aktiv siyasətə qayıdan İvanişvili fərqlidir. İvanişvili baş nazir olarkən yalnız Gürcüstan miqyasında fəaliyyəti var idi. İndi Gürcüstan İvanişvili üçün kiçik miqyaslıdır. İvanişvili region miqyaslı lider kimi təqdim olunmalıdır. Region lideri postu isə artıq sahibini tapıb. Azərbaycan Prezidenti özü və rəhbərlik etdiyi dövlət regionun şəksiz və şəriksiz lideridir, tez-tez dünya çapındakı proseslərə baş vurur. Məhz bu kontekstdən İvanişvilinin ermənipərəst siyasətinin mahiyyətini başa düşmək olar. Ermənistanın baş naziri Paşinyan İvanişviliyə əl uşağı kimi görünür. İvanişvilinin ermənipərəstlik mahiyyətli antiAzərbaycançılığında tələskənliyi də hiss olunur”.

Politoloq bildirib ki, Gürcüstan, Ukrayna və Moldova birlikdə parlament assambleyası yaratmaqla Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüklərinə bərabər tutmaqdan yayındılar. Normal halda, Gürcüstan buna imkan verməməli idi. Bununla da, bu 3 dövlət Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini bölüşdüklərini etiraf etdilər: “2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində Azərbaycan Prezidenti bu mövzuda kifayət qədər ciddi uğur əldə etdi –  Şərq Tərəfdaşlığı üzv ölkələrin ərazisindəki münaqişələrin həllində ərazi bütövlüyü və dövlət suverenliyi əsas kimi təsdiqlənmişdir. Ərazi bütövlüyü prinsipinə Gürcüstan, Ukrayna və Moldova yanaşması siyasiləşib. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın mövqeyi isə sarsılmazdır. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın sarsılmaz mövqeyindən Ermənistan əziyyət çəkir. Görünür, bu, kimlərisə narahat edir. Hər üç dövlət həm də ABŞ-a yönəlik siyasət aparır. Görünür, bunların fikrincə, ABŞ-ın sahibi erməni lobbisidir. Hər 3 dövlət həm də antiRusiyaçılıq siyasətini prioritet ediblər və bundan divident qazanmaq istəyirlər. Azərbaycanın belə siyasi kursu yoxdur, ola da bilməz. Azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda Nərimanov adına mədəniyyət evinin adının inkarı, Marneulinin meri milliyyətcə azərbaycanlı Abazovun həbsi, deputat Azər Süleymanova (Saakaşvilinin tərəfdarı) cinayət işinin açılması, milliyyətcə azərbaycanlı, Gürcüstan vətəndaşı Orxan Abbasın Facebook-da antierməni statusuna görə 2 il keçmiş cinayət işinin başlanması bunu göstərir”.

Politoloq xüsusi olaraq qeyd edib ki, azərbaycanlıların Saakaşvilinin tərəfdarları kimi görünməsi İvanişvilinin antiAzərbaycançılığı üçün aldadıcı təəssüratdır. Çünki azərbaycanlıların bir qisminin Saakaşvili tərəfdarı olması yalnız seçkilər zamanı özünü göstərir: “Gürcüstandakı azərbaycanlılar heç zaman separatçılıqla məşğul olmayıblar. Ermənistan və Gürcüstandakı ermənilərin rəsmi Tbilisiyə qarşı ən böyük hədəsi həmişə Cavaxetiya separatizmindən istifadə olub. Son zamanlar Gürcüstandakı ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə yaxşılaşma halları qeydə alınıb. Ehtimal ki, İvanişvili Gürcüstan vətəndaşı olan ermənilər və azərbaycanlılar arasındakı münasibətlərin istiləşməsini gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təməli kimi başa düşür. Tbilisi Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının tərəfdarı deyil. Gürcüstanın daxilində erməni və azərbaycanlıların təmaslarının artmasında, onların münasibətlərinin normallaşmasında rəsmi Tbilisi və rəsmi Bakı iştirak etmir. Bu prosesdə Rusiyaya məxsus strukturların iştirakını daha çox ehtimal edirik. İran faktoru da bu məsələdə rolunu oynaya bilər. Erməni və azərbaycanlı müğənnilərin birlikdə “Sarı gəlin” mahnısını ifa etməsi xüsusi diqqət çəkir. Gürcüstanda yaşayan erməni və azərbaycanlı gənclərin “Yeni nəsil, sülh naminə” beynəlxalq platformasının təqdimatını Azərbaycanda fəaliyyət göstərən “Sülh platforması” ilə əlaqələndirmək mümkündür”.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az