NATO və AB-nin Bakıya dəstəyi: Nikolun əli havada qaldı

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çox uğurlu keçdi.
 
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin yekunlarını şərh edən millət vəkili Rasim Musabəyov deyib.
 
“Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında əsas prioritet istiqamətlər üzrə mühüm sənəd imzaladı. Bu o deməkdir ki, Azərbaycanla Avropa Birliyi arasında doğurdan da əməkdaşlıq mövcuddur. Ermənistanın isə Avropa Birliyi ilə münasibətləri dilənçilik müstəvisindədir. Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı fayda verən əməkdaşlıq həyata keçirir. NATO-nun toplantısında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yekun sənəddə ölkəmizə dəstək nümayiş olundu. Bu, Bakı üçün çox önəmlidir”, - deputat bildirib.
 
Millət vəkili bildirib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu:
 
“Avropa Birliyi ermənilərin öz müqəddəratını təyin etmə prinsipini heç dilə belə gətirmədi. Bundan başqa, Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici işlər və müdafiə nazirləri ABŞ Dövlət Departamentinin rəhbəri və müdafiə naziri ilə vacib görüşlər keçirdi. Nəhayət, Minsk Qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünün nəticəsi kimi yaydığı bəyanatda Azərbaycanın daim təkid etdiyi substantiv danışıqların bərpa olunmasını irəli sürdü. Bu fonda Paşinyanın Dağlıq Qarabağın masa arxasına gətirilməsi ilə bağlı cəfəng fikirləri tamamilə iflasa uğradı. Açıq şəkildə vurğulandı ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Bütün bunların hamısı onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Brüsselə səfəri çox uğurlu keçdi. Paşinyan inqilabın lideri kimi Avropadan ölkəsinə qarşı böyük diqqət gözləsə də, reallıqda Ermənistana münasibətdə heç bir dəyişiklik müşahidə olunmadı”.
Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az