Xəzər dənizində ABŞ hərbi baza yaratmayacaq

Qazaxıstan XİN Xəzər dənizində ABŞ hərbi bazasının yaradılmayacağı bəyanatını verib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, nazirlik Rusiya ilə müqavilənin şərtlərinə riayət olunduğunu bildirib.

 

Bu bəyanatın Rusiya mətbuatında yayılmış xəbərlərə cavab olaraq verildiyi qeyd edilib.

“Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyatların davam etdirilməsi üçün qeyri-öldürücü yüklərdən gedir. Burada yüklər dəmiryolu vasitəsilə Qazaxıstan ərazisindən kommersiya tranziti nəzərdə tutulub. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, digər ölkələrin də ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”,  – deyə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov bildirib.

 

O, həmçinin qeyd edib ki, 2010-2015-ci illərdə Rusiya da öz ərazisindən analoji tranziti təmin edib və bu cür yüklər Əfqanıstana çatdırılıb.

Abdrahmanov sabah Aktauda Xəzəryanı dövlət başçıları tərəfindən imzalanması gözlənilən Xəzərin hüquqi statusuna dair Konvensiyanı diqqətə çəkib. O, bu konvensiyada əks olunmuş sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzər dənizində mövcudluğuna icazə verilməməsi prinsipinə vurğu edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.08.2018

16.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az