İraq İranı satdı - ABŞ-ın İraq hökumətinə verdiyi "qulaqburma” işə yaradı

İraq hökuməti ölkədəki İran bankları ilə dollar alqı-satqısını dayandırmaqla bağlı qərar qəbul edib.
 
Məlumata görə, İraq Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən İranın bank şöbələri ilə alqı-satqını qadağan etdiyini açıqlayıb.
 
İraq hökumətinin rəsmisi Saad Əl-Hadisi də yaydığı açıqlamada "İraq ABŞ-nın tətbiq etdiyi embarqo prosesində İran ilə ticrət münasibətlərində dollarla alqı-satqını dayandırmaq məcburiyyətində qalacaq. İrana qarşı bu embarqolar olduğu müddətdə ticarət münasibətlərimizi qorumağımız çətin olacaq”-deyib.
 
Saad Əl-Hadisi ölkəsinin İran ilə ticarət münasibətlərində embarqonun təsirindən yayınmaq üçün başqa yollar axtaracağını da qeyd edib. İraqın baş naziri Heydər Əl-İbadi ABŞ-nın İnrana qarşı tədbiq etdiyi embarqoların ölkəsi tərəfindən də həyata keçiriləcəyini ifadə etmişdi.
 
İraqın Xarici İşlər nazirliyinin rəsmisi Əhməd Mahcub isə yayımladığı yazılı açıqlamada isə, "İraq hər hansı bir ölkəyə qarşı tədbiq edilən və embarqoların hansı sahələri əhatə etməsindən asılı olmayaraq, ölkənin və xalqın maraqlarına toxunan belə təzyiq vasitələrini rədd edir. Ağır günlərdə yanımızda olan qonuşu ölkə İranın mövqeyini unuda bilmərik”-deyib.
 
Görünən odur ki, Vaşinqton illərdir işğal edərək, bütün sərvətlərini okeanın o tayına daşıdığı İraqın hökumət nümayəndələrinin bir-birinə zidd açıqlamalarına elə də məhəl qoymayaraq, İraq hökumətinə verdiyi "qulaqburma” ilə İraqın belə bir addım atmasına nail olub.(vətəninfo.az)
 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.08.2018

16.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az