Rusiya Putin və Trampın görüşünün keçirilməsini müzakirə etməyə hazırdır
Şriftin ölçüsü:
12.10.2018 10:52
Rusiya Xarici İşlər Nazirliyi prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsini müzakirə etməyə hazırdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri Georgi Borisenko deyib: "Əgər Amerika tərəfi maraq göstərsə biz prezidentlər Putin və Tramp arasında görüş keçirilməsini müzakirə etməyə hazırıq".
Onun sözlərinə görə, iki ölkə prezidentləri arasında görüş gələn ayın 11-də Parisdə keçirilməsi nəzərdə tutulan I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilən bayram tədbirində baş tuta bilər.
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az