Səudiyyə Ərəbistanı şahzadələri itkin düşüblər

Səudiyyə Ərəbistanının bəzi şahzadələrinin də Krallığın İstanbuldakı Baş Konsulluğunda itkin düşmüş jurnalist Camal Qaşıqçının taleyini yaşadığı məlum olub.

Kral Fəthin qardaşı oğlu, monarxiyaya qarşı müxalif dünya görüşlü şahzadə Sultan bin-Türki 2003-cü ildə İsveçrəyə qaçırılıb. Onun maskalı adamlara qaçırılmasını sifariş verən isə əmisi oğlu şahzadə Abduləziz olub.

2010-cu ildə ABŞ-a müalicə məqsədi ilə səfər etmiş şahzadə Sultan oradan Avropaya qaçıb. 2016-cı ildə isə Səudiyyə Ərəbistanının kəşfiyyatı tərəfindən Parisə qaçırılıb.

Şahzadə Türki bin-Bəndər Səudiyyə Ərəbistanında miras məsələsi ilə bağlı bir müddət həbsxanada saxlanılıb. Həbsdən sonra Avropada yaşayıb. Orada Səudiyyə Ərəbistanı kral ailəsi ilə bağlı “Korrupsiyalarınızı açıqlayaram” adı altında videoçarxlar hazırlayıb. 2015-ci ildə isə Avropada itkin düşüb. Mərakeşdən Fransaya qayıdarkən şahzadənin mərakeşli məsul şəxslər tərəfindən Səudiyyə Ərəbistanına təslim edildiyi ehtimal olunur.

Şahzadə Səud bin Saif əl-Nasr İtaliyada yaşayıb. O və ailəsi Misirin keçmiş prezidenti Hüsnü Mübarək hakimiyyətinin devrilməsini dəstəklədiyi deyilir. Şahzadə Səudun Krallığın kəşfiyyatı tərəfindən Ər-Riyada qaçırıldığı vurğulanıb.

Loujaian əl-Hathloul Səudiyyə Ərəbistanında qadın hüquqlarının müdafiəsi ilə məşğul olub. Birləşmiş Ərəb Əmirliklərində tutularaq Krallığa aparılıb. 

Hətta Livanın Baş naziri Rafik Haririnin Krallığın paytaxtı Ər-Riyadda həbs olunduğu, istefa verməyə məcbur edildiyi və beynəlxalq qalmaqaldan sonra sərbəst buraxıldığı bildirilib. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az